Qəbələ səfəri zamanı Heydər Əliyevə sui-qəsdin qarşısı necə alınıb? - Komitə sədrinin müavini detalları açıqladı

22-02-2023, 12:29           
Qəbələ səfəri zamanı Heydər Əliyevə sui-qəsdin qarşısı necə alınıb? -
90-cı illərdə Azərbaycana ərəb körfəzi ölkələrindəki terrorçu qruplaşmalardan da ciddi terror təhlükəsi var idi.

TEREF.AZ bildirir ki, bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda məhzəbçilik çox geniş yayılırdı.

"Radikal vəhabiliklə, radikal şiəliyin ölkəmizdə yayılmasında sanki bir yarış gedirdi. Biz həmin dövrdə ərəb körfəzi ölkələri tərəfindən idarə olunan bir neçə terror qruplaşmalarını, dəstələrini neytrallaşdırdıq. Hansıki, həmin terrorçu qruplar tərəfindən də ölkəmizdə terror aktlarının törədilməsi planlaşdırılmışdı. O cümlədən "Ceyşullah" adlanan terrorçu dəstə var idi, onların rəhbərliyi də neytrallaşdırıldı."

S.Heydərov əlavə edib ki, ulu öndər Heydər Əliyev Qəbələyə səfər edən zaman ona qarşı terror aktı planlaşdırılmışdı.

"Bundan başqa Amerika, İsrail səfirliklərinə terror aktı və aeroportun ələ keçirilməsi planlaşdırılmışdı. 90-cı illərin axırlarında Çeçenistanda vəziyyət çox gərgin idi. Çeçenistanda olan qruplaşmaların ərəb ölkələrindən idarə olunan terrorçu qruplaşmalarla birlikdə ölkəmizə daxil olmaq və Azərbaycanı ələ keçirmək planları var idi. Bütün bunların qarşısı Heydər Əliyevin rəhbərliyi ilə qətiyyətlə alındı", - deyə o qeyd edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.