Yerə həyat verən maddə tapıldı

13-03-2023, 08:20           
Yerə həyat verən maddə tapıldı
Ratgers Universitetinin alimləri yer üzündə həyatın yaranmasına səbəb ola biləcək zülalın bir hissəsini tapıblar.


Bu kəşf sayəsində tədqiqatçılar həyatın yaranması astanasında olan planetləri müəyyən edə biləcəklər.

Alimlər müasir zülalları tədqiq etməklə işə başlayıb və onların strukturunu sadələşdiriblər.

Müəlliflərin fikrincə, əvvəlcə bütün zülallar sadə olub, lakin eyni zamanda biokimyəvi prosesə başlamaq üçün reaksiyalara girə biliblər.

Bir sıra eksperimentlərdən sonra tədqiqatçılar ən yaxşı namizədin “Nickelback” adı verilən peptid olduğu qənaətinə gəliblər. Peptid 13 amin turşusundan ibarətdir və iki nikel ionunu birləşdirir.

Məhz bu maddə sayəsində təxminən 3,5-3,8 milyard il əvvəl planetdə həyat yaranmağa başlayıb. Tədqiqatçıların fikrincə, nikel erkən okeanlarda geniş yayılıb. Peptidlə bağlandıqda, nikel atomları güclü katalizatorlara çevrilib, əlavə proton və elektronları cəlb edib və hidrogen qazı yaradıb. Bu, planetdə həyatın yaranmasına səbəb olub.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru