Bakıda 70 yaşlı müəllimənin faciəli ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB + VİDEO

14-03-2023, 17:48           
Bakıda 70 yaşlı müəllimənin faciəli ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Baş Prokurorluq Suraxanı rayonu, Hövsan qəsəbəsində 70 yaşlı qadının özünü çoxmərtəbəli binadan ataraq intihar etdiyi iddia olunan hadisəyə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, hadisə baş verən zaman zərərçəkmişin yaşadığı mənzildə heç kim olmayıb:

“Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən mənzilin qapısı açıldıqdan sonra içəri daxil olan prokurorluq əməkdaşları zəruri istintaq hərəkətləri aparıblar. Hazırda Suraxanı Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.

***

Bakıda 70 yaşlı coğrafiya müəlliməsi intihar edib.

Hadisə az öncə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Bizim.media-ya bu barədə qəsəbə sakinləri məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan Zümrüd Səməd qızı Rəhimova uzun illər M.Mehdiyev adına 280 nömrəli məktəbdə coğrafiya fənnini tədris edib.

Özünü 9-cu mərtəbədən atan qadın 7-ci mərtəbədəki çıxıntıya ilişib, yarım saatdan çox orada qalsa da, sonradan yıxılaraq həyatını itirib.

Hadisə şahidləri tərəfindən olayın anbaan görüntüləri çəkilib.

Mərhumun qonşularının dediyinə görə, Zümrüd Rəhimovanın qızı narkotik istifadəçisidir. Hadisə zamanı onun da evdə olduğu bildirilir.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, Z.Rəhimova 4 il əvvəl təqaüdə çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.