Alzheimer xəstəliyinin qarşısını almağın yolu tapıldı

18-03-2023, 12:41           
Alzheimer xəstəliyinin qarşısını almağın yolu tapıldı
Heksokinaza-2-nin bloklanması beyində neyrodegenerativ zülalların təmizlənməsini yaxşılaşdırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər Alzheimer xəstəliyinə səbəb olan zəhərli amiloid zülallarını təmizləmək üçün mikroglia adlı beyin immun hüceyrələrini aktivləşdirməyin yolunu tapıblar.

Məlum olub ki, Alzheimer xəstəliyi bədəndə qidaların daşınmasına cavabdeh olan translokator zülal adlı molekulun sayından asılıdır. Bu zülalı aktivləşdirən dərmanlar beyində zəhərli maddələrin çökməsini azaldır. Bu da Alzheimer xəstəliyinin vəziyyətini qismən yaxşılaşdırır.

Heksokinaza-2 Alzheimer xəstəliyində beta-amiloidin xüsusilə zəhərli formalarına məruz qaldıqda mikroqliada da aktivləşir. Alimlər hesab edirlər ki, bu kəşf neyrodegenerativ xəstəlikləri olan xəstələrdə yaşlandıqca yaddaş pozğunluğunun səbəbini aşkarlamağa kömək edir.

Bu isə neyrodegenerativ pozğunluqlara qarşı gələcək dərmanların hazırlanması üçün əsas yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru