İncə belə necə sahib olmalı?

21-03-2023, 12:54           
İncə belə necə sahib olmalı?
Arıqlamaq bir çox insan, əsasən də qadınlar üçün hər zaman gündəmdədir. İstənməyən piylərdən azad olmaq isə bir o qədər də çətin deyil. Arıqlamağın ən təsirli yollarından biri maddələr mübadiləsinin sürətli işləməsidir. Maddələr mübadiləsinin normal işləməsi üçün yaxşı vasitələrdən biri də ədviyyatlardan istifadədir. Bu ədviyyatlar həm yeməklərə xoş dad verəcək, həm də arıqlamağa kömək edəcək. Bu qidalar əsasən sürətli yağ əriməsinə yardımçı olur ki, bu da istədiyiniz incə belə sahib olma imkanı verir.

Azmedia.Az həmin ədviyyatları təqdim edir:

Zəncəfil

Zəncəfil 40 faizi həzmsizlik və mədə şişkinliyinə kömək edir. Qəbizliyin qarşısını alır.

Karri

Hind ədviyyatı olan bu qida uzun müddət toxluq hissi verir ki, bu da arıqlamağa kömək edir. Eyni zamanda, o bədəndə yağların daha sürətli yanmasını dəstəkləyir.

Karri daha çox kalori yandırdığı üçün arıqlamaqda çətinlik çəkənlərin sevimli ədviyyatları sırasındadır.

Darçın

Darçın öz ləzzəti və qoxusu ilə ən orijinal ədviyyatlardan biridir. Bir stəkan südə yarım çay qaşığı darçın əlavə edib səhər yeməyindən sonra qəbul edin. Bu qarışıq arıqlamağa çox kömək olacaq.

Pul bibər

Pul bibər ən çox sevilən və əvəzolunmaz ədviyyatlardan biridir. Bir qabda yoqurt, yarım limon suyu və zəncəfili qarışdırın. Gecə yatmazdan əvvəl bu qarışığı yeyin və daha sonra heç nə qəbul etməyin. Nəticədən çox razı qalacaqsınız.

Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, arıqlamaq istəyənlər daim hərəkətdə olmalıdır və gün ərzində ən azı 1,5 litr su içməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.