ÜST: Qlobal vəba riski çox yüksək olaraq qalır 23-03-2023, 09:37 Dünyada vəba xəstəliyinin yayılma riskini yüksəkdir.Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat xidməti bəyanat yayıb."Mövcud vəziyyətə əsasən, ÜST qlobal səviyyədə riski (vəbanın yayılması - red.) çox yüksək qiymətləndirir", - hesabatda deyilir.Qeyd edilib ki, mövcud vəziyyət bu xəstəliyin yayılma hallarının artması, onların coğrafi genişlənməsi, həmçinin vaksinlərin olmaması ilə bağlıdır. Facebook-da paylaş