Usik Trampa Rusiyanın bombardmanları altında Ukraynadakı evində yaşamağı təklif edib

11-06-2025, 09:30           
Usik Trampa Rusiyanın bombardmanları altında Ukraynadakı evində yaşamağı təklif edib
Ukraynalı boksçu, üç boks təşkilatı üzrə dünya çempionu Oleksandr Usik ABŞ prezidenti Donald Trampa Ukraynadakı müharibənin reallıqlarını yaşamaq üçün Ukraynadakı evində yaşamağı təklif edib.
"Amerika prezidenti Donald Trampa Ukraynaya gəlməyi və bir həftə mənim evimdə yaşamağı tövsiyə etmək istəyirəm. Cəmi bir həftə. Evimi ona verəcəm. Xahiş edirəm, Ukraynada yaşayın və görün hər gecə nə baş verir. Hər gecə evimin üstündə bombalar, raketlər, dronlar var. Hər gecə", - Usik BBC Sport-a bildirib.
Azadlıq Qəzeti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru