Berluskoni və sevgilisi nüvə təhlükəsindən qaçmaq üçün bunker axtarırlar

30-03-2023, 10:44           
Berluskoni və sevgilisi nüvə təhlükəsindən qaçmaq üçün bunker axtarırlar
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və onun sevgilisi, milli parlamentin üzvü Marta Faşina nüvə müharibəsi təhlükəsindən narahatdırlar.

Onlar bomba sığınacağı olan ev, bunker axtarırlar. İlk olaraq belə bir istəyi 33 yaşlı Faşina dilə gətirib və bir neçə nəfərlə söhbətində bunu etiraf edib. Onun sözlərinə görə, Berluskoni ilə birlikdə İngiltərədə hücum nəticəsində yarana biləcək nüvə dalğasından xilas olmaq üçün ev axtarırlar.

Mənbələrin məlumatına görə, siyasətçinin iqamətgahında həmçinin nüvə apokalipsisi zamanı xilas edilməli olan insanların siyahısı da tərtib olunub.
Eyni zamanda, mənbələr xəbər verirlər ki, Berluskoninin əhatəsindəki insanlar bu məsələ ilə bağlı çox narahatdırlar. Bildirilir ki, Faşina bomba sığınacağı olan münasib ev əldə etmək üçün əlindən gələni edir. Lakin hələ ki tələblərinə cavab verən ev tapmağa nail olmayıb.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru