Pentaqon Alyaska üzərində UNO vurub?

30-03-2023, 11:51           
Pentaqon Alyaska üzərində UNO vurub?
Pentaqon Alyaskanın üzərində vurulan UNO materiallarını dərc etməkdən imtina edib…

ABŞ-ın hərbi idarəsi üç naməlum uçan obyektin Alyaska ərazisində vurulduğunu təsvir edən video görüntülərinə malikdir. Lakin Pentaqon bu görüntüləri ictimaiyyətə açıqlamaq niyyətində deyil, bütün materiallar gizli qalacaq.

Poliqon xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Alyaska üzərində vurulan naməlum obyektlərin görüntüləri ilk olaraq özəl tədqiqatçı tərəfindən tələb olunub. Onun tələbi informasiya azadlığı haqqında qanununa (FOİA) əsaslanıb. Bu xahiş rədd edilib və Pentaqon bu məlumatların hərbi sirr olduğunu bildirib.

“Sizə deyə bilərəm ki, hazırda ictimaiyyətə açıqlaya biləcəyimiz foto və ya video yoxdur. Kadrlar gizli saxlanılır və materialların təsnifatının dəyişdirilməsinin mümkün vaxtı barədə heç bir məlumatım yoxdur”, deyə Amerika hərbi İdarəsinin nümayəndəsi özəl tədqiqatçının sorğusunu cavablandırıb.
pia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru