“Şengen” vizalarla bağlı yenilik

31-03-2023, 10:18           
“Şengen” vizalarla bağlı yenilik
Avropa İttifaqı (Aİ) Şengen vizalarını pasportlarda çap etmək əvəzinə rəqəmsallaşdırmaq istiqamətində daha bir addım atıb.

Gununsesi.info adıçəkilən quruma istinadən xəbər verir ki, üzv ölkələrin səfirləri Şengen vizalarının rəqəmsallaşdırılması üçün zəruri olan danışıqlar mandatı barədə razılığa gəliblər.

Beləliklə, Avropa İttifaqı Şurası rəqəmsal Şengen vizasına keçidlə bağlı Avropa Parlamenti ilə yekun hüquqi mətn üzrə danışıqlara başlaya biləcək.

Qeyd edək ki, Aİ Komissiyasının 2022-ci ilin aprelində vizaların rəqəmsallaşdırılması təklifi hazırda pasportlara yapışdırılmış Şengen vizalarının rəqəmsal verilməsini nəzərdə tutur.

Təklif qanuna çevrilərsə, Şengen vizası üçün müraciətlər də rəqəmsal onlayn şəkildə həyata keçiriləcək. Bunun üçün “viza müraciət platforması” yaradılacaq. Bütün sənədlər bu veb-saytda rəqəmsal olaraq yüklənəcək və viza rüsumları bu internet saytında ödəniləcək.

Yalnız ilk dəfə müraciət edənlər, biometrik məlumatlarını yeniləyəcəklər və yeni pasport sahibləri konsulluq və ya viza mərkəzlərinə gedəcəklər.

Vizalar ərizəçiyə rəqəmsal formatda, 2D ştrix-kod şəklində və şifrələnmiş formada imzalanaraq çatdırılacaq.

Rəqəmsal vizalarla Aİ saxtakarlığın və oğurlanmış vizaların istifadəsinin qarşısını almağı hədəfləyir.

Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı qanun layihəsi Avropa Parlamentinin müvafiq komitəsi tərəfindən bəyənilib. Qanun mətninin yekun formasının Şura və Parlamentin müzakirələrindən sonra veriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru