Rusiyada bu ölkənin himnini oxumaq istəməyən ukraynalı uşaqlar döyülür...- RƏSMİ

31-03-2023, 09:25           
Rusiyada bu ölkənin himnini oxumaq istəməyən ukraynalı uşaqlar döyülür...- RƏSMİ
Bu günə kimi Ukraynadan Rusiyaya deportasiya olunmuş 19,5 min uşağın adı müəyyən edilib...

Məcburi deportasiyadan sonra Rusiyadan geri qaytarılmasına nail olunmuş ukraynalı uşaqlar hansı dözülməz həyat şəraiti ilə qarşılaşdıqlarını danışıblar.

Moderator.az bu barədə İsrail mediasına istinadla xəbər verir.

“Çox vaxt uşaqlar rus dilində danışmaqdan, Rusiya himnini öyrənməkdən və oxumaqdan, Rusiya himni səslənən zaman ayağa qalxmaqdan imtina etdiklərinə görə cəzalandırılırlar. Demək olar ki, bütün uşaqlar ukraynalı olduqlarına görə psixi cəhətdən çox əzab-əziyyətə məruz qoyulduqlarını, müxtəlif adlarla çağırdıqlarını bildirirlər. Hətta belə itaətsizliyə görə döyüldüklərinə şahidlik edən uşaqlar da var”, - Ukraynanın Uşaq Hüquqları üzrə müvəkkili Darya Gerasimçuk belə deyib.

Onun sözlərinə görə, indiyədək deportasiya olunmuş 19,5 min uşağın adı müəyyən edilib. Onların sayı daha çox ola bilər. Belə uşaqlardan yalnız 300-dən çoxu Ukraynaya geri qaytarılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.