Kiyev planlarını dəyişib

10-04-2023, 10:18           
Kiyev planlarını dəyişib
Ukraynanın hərbi-siyasi komandanlığı Amerikanın məxfi sənədlərinin sızması ilə əlaqədar bəzi hərbi planlarında dəyişiklik edib.

Tribunainfo.az bildirir ki, bu barədə CNN telekanalı Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən məlumat verib.

Qeyd olunur ki, Pentaqonun son həftələrdə internetdə dərc olunan məxfi sənədləri narahatlıq doğurur.

Sənədlərin bəzilərində ABŞ-ın Cənubi Koreya, İsrail və Ukrayna da daxil olmaqla, əsas müttəfiqlərinin telefon dinləmələri mövcuddur.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, sızmanın təsirini qiymətləndirmək üçün “idarələrarası səylərə” başlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.