Azərbaycanlı əsgərlər ermənilərə əsir düşüb? - MN-dən hələlik səs çıxmır...VİDEO
10-04-2023, 16:06
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən əsgərlərimiz ərazidə istiqaməti itirərək azıblar.
TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, ermənilərə məxsus Telegram kanallarında itkin düşən azərbaycanlı əsgərlərin videosu yayılıb.
Hələlik Azərbaycan Müdafiə Nazirliyi bu informasiyaya münasibət bildirməyib.