Bakıda inşa olunan metrostansiyadan görüntülər – Yeni stansiya harada açılacaq? – VİDEO

11-04-2023, 10:08           
Bakıda inşa olunan metrostansiyadan görüntülər –
Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.
Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.
Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.
İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.
Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, stansiyanın 4 giriş-çıxışı olacaq. Bu isə yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.
Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.