MARAQLI KƏŞF: Hörümçəklər dünyanı məhsul yeyən ziyanvericilərdən xilas edə bilər Hörümçəklər dünyanı məhsul yeyən ziyanvericilərdən xilas edə bilər

11-04-2023, 11:08           
MARAQLI KƏŞF: Hörümçəklər dünyanı məhsul yeyən ziyanvericilərdən xilas edə bilər
Elm adamları daha bri inqilabı kəşfə imza atıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, alimlər hörümçəklərin məhsul ziyanvericilərinin qarşısını ala biləcəyi araşdırma ortaya çıxarıblar.

Həmin çalışmaya görə, troik hörümçək böcək dəstələrinin sərbəst buraxılaraq zərərli bitki zəhərinə qarşı ekologiyasevər bir alternativ təmin edə biləcəyini göstərir.


Çoxlu sayda tropik hörümçəyin vəhşi təbiətə qarşı buraxılması kabus kimi görünsə də, zəhərli ziyanvericilərə qarşı böcək dərmanlarına qarşı ekologiyapərvər seçim ola biləcək.

Bu kəşf pomidor və kartof kimi önəmli tərəvəzin istehsalının və satışının artmasına və qidalanmada yeni dönəmə səbəb ola bilər.

Güvə böcək dərmanlarına qarşı dirəniş sərgiləyərək cütcüləri zəhərli ziyanvericilərin istilalarına qarşı çarəsizləşdirir.

Ancaq Portsmut Universitetindəki araşdırma ilə şəbəkə quran hörümçək yuvalarının güvələri yemək üçün toplu halda onların üzərinə yönəldilə biləcəyini göstərib.

Elm adamlarının lobaratoriya testləri zamanı hörümçəklərin uçan böcəkləri asanca yaxalayan və daha sonra udduqları şəbəkələr yaratmaq üçün bir araya gəldiklərini kəşf ediblər.

Tropik hörümçəklər böyük qrup halında hərəkət edirlər və birləşdirilmiş böyük şəbəkə toru qura bilirlər.

Dr Lena Qrinsted bunları söyləyir:

“Kəşflərimiz tropik çadır şəbəkə hörümçəklərinin uçaqn həşəratlara qarşı təsirli bir bioloji idarəetmə casusu olma potensialına sahib olduğunu göstərir. Bir-birinə bağlı yüzlərlə, hətta minlərlə tor şəbəkələrindən yaranan qruplar yarada bilən hörümçəklər havadakı böcəklərin yüksək tezliklərini yaxalaya bilən tutmaq şəbəkələri üçün geniş səth sahələri təmin edə bilir”.

Araşdırma “Böcəklər” dərgisində yayımlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.