Tədqiqatçılar 30 min il əvvəl yaşamış ilk insanın üzünü canlandırdılar - FOTO

11-04-2023, 13:45           
Tədqiqatçılar 30 min il əvvəl yaşamış ilk insanın üzünü canlandırdılar - FOTO
Tədqiqatçılar 30 min il öncə yaşamış kişinin təxmini fotosunu yaradıblar.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs 1980-ci ildə Misirin Nil vadisindəki arxeoloji sahə olan “Nazlet Khater 2”də tapılan kişi skeleti olub.

Daş baltanın yanında basdırılmış insan qalıqlarında sonradan aparılan antropoloji təhlillər nəticəsində məlum olub ki, sümüklər, ölən zaman 17-29 yaşlarında, boyu təxminən 160 santimetr olan Afrika əsilli oğlana aiddir.

30 000 il əvvələ aid bu skelet qalıqları indiyə qədər tapılmış ən qədim Homo sapiens qalıqları kimi tanınır.

İndi, 43 ildən sonra, braziliyalı tədqiqatçılar qrupu Qahirədəki Misir Muzeyində kolleksiyanın bir hissəsi olan skelet qalıqlarını araşdırarkən topladıqları onlarla rəqəmsal təsvirdən istifadə edərək, kişinin üzünün təxmini şəklini yaradıblar.

Əvvəlcə 3D model yaradıldı, ardınca dağınıq qara saç və saqqal əlavə edilərək modelləşdirməyə daha bədii yanaşma verildi. Tədqiqatçıların fikrincə 30000 illik bu insanın çənə quruluşunun indiki insanlarınkından çox fərqlidir. Belə ki, onun çənəsi müasir insanlarınkından daha möhkəm idi.

Tədqiqatçılar ümid edirlər ki, bu qədim insanı öyrənmək, insanların zamanla necə təkamül etdiyini daha yaxşı anlamağa kömək edə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.