Dığ kəndi yaxınlığındakı son qanlı təxribat zamanı Aİ müşahidəçiləri ərazidə olmayıb... - İLGİNC

12-04-2023, 19:22           
Dığ kəndi yaxınlığındakı son qanlı təxribat zamanı Aİ müşahidəçiləri ərazidə olmayıb... - İLGİNC
Ermənistanın Laçın rayonuyla sərhəddə yerləşən Dığ kəndi yaxınlığındakı son qanlı təxribat zamanı Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının nümayəndələri qeyd olunan ərazidə olmayıb. Onlar aprelin 11-də səhər saatlarında, hələlik atəş açılmamış həmin ərazidə monitorinq aparıblar.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda məlumat yayan “Armenpress” Aİ-nin mətbuat xidmətinə sorğu göndərərək, Aİ-nin Ermənistandakı monitorinq missiyasının aprelin 11-də təxribatla bağlı Aİ-yə məlumat verib-vermədiyini və Aİ rəhbərliyinin bu təxribat hərəkətinə reaksiyasının necə olduğunu, bunun regionda sülh və sabitlik yaratmaq səylərinə zərbə vurub-durmadığını soruşub.

Aİ diplomatik xidmətinin mətbuat xidməti belə cavab verib:

“Aİ-nin Ermənistandakı missiyası öz mandatı çərçivəsində aprelin 11-də səhər saatlarında Dığ və Gorunzur kəndləri ərazisində dövri patrul xidməti həyata keçirib. Lakin hadisə baş verən zaman onlar ərazidə olmayıblar. Atışma barədə yalnız axşam saatlarında Ermənistan hakimiyyətindən xəbər tutublar”.

Qeyd edək ki, bir qədər əvvəl Ordu.az-ın verdiyi digər məlumatda deyilir ki, erməni teleqram-kanallarının yaydığı məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi dünən yarım gün ərzində Avropa İttifaqının müşahidə missiyasının komandiri Markus Ritteri Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün dilə tutub. Lakin Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə, kəndi ziyarət etməkdən imtina edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.