Azərbaycana kütüm balığı İrandan gətirilir?

12-04-2023, 18:48           
Azərbaycana kütüm balığı İrandan gətirilir?
“Bu gün biz Azərbaycanda İranın deyil, ancaq öz kütüm balıqlarımızı istehlak edirik”.

TEREF.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov deyib.

S.Süleymanov bu gün Azərbaycanda istifadə olunan kütüm balığının İrandan gətirilməsi ilə bağlı deyilənlərin doğru olmadığını deyib:

“Bəzən insanlar belə sual və ya iddia irəli sürürlər ki, yediyimiz kütümlər İran kütümləridir. Xeyir, biz ancaq öz kütümlərimizi yeyirik. İranın kütümü özü üçün, bizimki özümüz üçün. İranın kütüm balığı ilə bizimkilərin arasında rəngində və formasında fərq var”.

Müsahibimiz bildirib ki, kütüm balığını Qızılağac milli parkındakı balıqçılıq təsərrüfatının sayəsində artıra bilirik:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənubi Xəzərdə-Lənkəran ərazisində balıqçılıq təsərrüfatı şöbəsi var ki, orada balıqlar yetişdirilir və dənizə buraxılır. Yəni, bu gün bizim yediyimiz kütüm öz balığımızdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.