"Leopard"lar döyüşə girdilər, bu istiqamətdə göründülər

14-04-2023, 11:49           
"Leopard"lar döyüşə girdilər, bu istiqamətdə göründülər
Almaniyanın Ukraynaya göndərdiyi tanklar Xerson yaxınlığında müşahidə edilib.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, “Sokol” könüllü batalyonunun zabitlərindən biri Ukrayna Silahlı Qüvvələrinə (APU) təhvil verilən alman “Leopard” tanklarının artıq Xerson istiqamətində fəaliyyətə başladığını bildirib. Ruslar bu tanklardan birini sıradn çıxardıqlarını və bataqlıqda batırdıqlarını da iddia edirlər.

Qərb tanklarının Ukraynada “külə dönəcəyi” proqnozlaşdırılırdı

Bundan əvvəl “Vaqner” özəl hərbi şirkətinin döyüşçüsü "Leopar"dın zəif tərəflərindən danışmışdı. Onun sözlərinə görə, Ukraynaya təhvil verilən xarici tankların versiyaları zəif mühafizəsi ilə seçilir, ona görə də onlar zərbələrə tab gətirməyəcək.

ABŞ müdafiə nazirinin müavininin keçmiş köməkçisi Stiven Brayan hətta Qərb tanklarının Ukraynada “külə dönəcəyini” proqnozlaşdırmışdı. O, qeyd edib ki, alman, ingilis və amerikalı tankların aktiv müdafiə sistemləri yoxdur.

Qərb Ukraynaya tank tədarükünü davam etdirir

Almaniya hökumətinin vəd etdiyi 18 "Leopard" 2 tankının Ukraynaya gəlişi martın sonunda məlum olub. Bundan əlavə, döyüş bölgəsinə 40 ədəd Marder piyada döyüş maşını da (İFV) göndərilib. İspaniyanın Ukraynaya verdiyi daha altı "Leopard" tankının aprelin sonuna kimi Kiyevə təhvil veriləcəyi gözlənilir. Ümumilikdə, ayın əvvəlinə Ukrayna vəd edilən 293 Qərb tankından 57-ni alıb.

Eyni zamanda Yunanıstan Ukraynaya özünün modernləşdirilmiş “Leopard 2A6” tanklarını, həmçinin Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini verməkdən imtina edib. Ölkənin milli müdafiə naziri Nikolaos Panaqiotopoulosun sözlərinə görə, Afina artıq bir neçə piyada döyüş maşını və müxtəlif çaplı sursat göndərib.

Mehti Kamiloğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.