Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb

10-05-2024, 08:34           
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Gununsesi.info-nun məlumatına görə, idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.
O, yarımfinal mərhələsində rusiyalı Pavel Qlinçuka (AİN) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) olimpiya lisenziyasına sahib çıxıb.
Beləliklə, Azərbaycan olimpiadaya 23-cü lisenziyanı qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.