Ukraynalı qaçqınların Avropada status müddəti uzadıla bilər

10-05-2024, 10:14           
Ukraynalı qaçqınların Avropada status müddəti uzadıla bilər
Ukraynalı qaçqınların Avropada status müddəti və digər dəstək müavinlərinin vaxtı uzadıla bilər.

Bunu Ukrayna Baş nazirinin müavini, Avropa məsələləri üzrə nazir Olqa Stefanişina Kiyevdə keçirilən beynəlxalq sammitdə brifinq zamanı deyib.

"2022-ci il fevralın 24-dən Avropa İttifaqının miqrasiya və daxili işlər üzrə komissarı İlva Yohanssonla daimi dialoqdayam və hər üç aydan bir vəziyyəti qiymətləndiririk. Biz onunla dəfələrlə Ukraynaya qayıdış, müvəqqəti qoruma qərarını davam etdirmək məsələlərini müzakirə etmişik, son söhbətimiz də dünən olub. Müvəqqəti qoruma statusunun uzadılacağına qərar verdik, çünki təhlükəsizlik şərtləri indi başqa qərar qəbul etməyə imkan vermir.

Statusun müddətini və digər məsələləri komissar özü açıqlayacaq. Biz adətən söhbətlərimizdə müharibə səbəbindən geri dönə bilməyən, yaxud özü üçün aktivlər əldə etdiyinə görə qayıtmaq istəməyən, yaxud uşaqları artıq müəyyən məktəblərdə oxuduğuna görə indi geri dönmək istəməyən hansısa ukraynalının konkret istəkləri səviyyəsinə düşmürük", - nazir vurğulayıb.

O qeyd edib ki, müharibə davam edir, təhlükəsizlik təhdidləri mövcuddur deyə, ehtiyac da artır:

"Bəli, biz Kiyevdəyik, həyəcan siqnalları ilə yatırıq, partlayış səslərinə oyanırıq, lakin bu, hər ukraynalının edə biləcəyi seçim deyil. Bu müharibədir, təhlükədir, bu, ölmək, işıqsız, istiliksiz qalmaq ehtimalıdır. Hadisələrin hər gün necə cərəyan edəcəyini bilmirsən. Buna görə də, əlbəttə təhlükəsizlik faktoru 2022-ci ilin fevralındakı kimi aktual olaraq qalır, buna görə də status uzadılacaq”.

“Avropa Komissiyası ilə vəziyyətin dəyişdiyini görən kimi statusu yenidən nəzərdən keçirəcəyimizə dair razılaşmamız var. Amma indi belə bir qərar üçün heç bir şərait yoxdur. O ki qaldı səfərbərlik, hərbi xidmətə cəlb olunmuş şəxslərin reyestrinə və müvəqqəti qoruma statusuna, bunlar bir-biri ilə əlaqəsi olmayan məsələlər və proseslərdir. Bunu dünən İlva Yohansson ilə danışıqlarda da qeyd etdik.

Bizim daxili prosesimiz var, hərbi xidmətə cəlb olunanların hesabatını təmin etməliyik. Bu, bir sıra diplomatik addımlar, diplomatik konsulluq işi vasitəsilə həyata keçirilir, lakin bu proseslər konkret olaraq müvəqqəti müdafiəyə malik vətəndaşların statusu ilə bağlı deyil", - o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.