Məğlubedilməz “Bayer” finala vəsiqə qazandı, “Marsel” isə səfərdə uduzdu - VİDEO

10-05-2024, 10:38           
Məğlubedilməz “Bayer” finala vəsiqə qazandı, “Marsel” isə səfərdə uduzdu - VİDEO
UEFA Avropa Liqasının yarımfinal görüşündə “Atalanta” “Marsel”i , “Bayer 04” “Roma”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, “Atalanta” - “Marsel” görüşünün 30-cu dəqiqəsində Ademola Lukman hesabı açıb. 52-ci dəqiqədə Mateo Ruqeri fərqi artırıb - 2:0. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə fərqlənən Əl Bilal Ture görüşün yekun nəticəsini müəyyənləşdirib - 3:0.

“Bayer 04” - “Roma” görüşündə daha fəal başlayan qonaqlar hesabı 43-cü dəqiqədə açıblar. Parades dəqiq oynayıb - 1:0. Fasilədən sonra da hücumların kəsərini artıran “Roma” futbolçuları fərqi 2-yə yüksəldiblər. Parades 66-cı dəqiqədə dubla imza atıb - 2:0. Amma 49 oyundur məğlubiyyətlə barışmayan “Bayer 04” 82-ci dəqiqədə fərqi azaldıb. Cianluka Mançini avtoqol müəllifi olub. “Bayer 04” son dəqiqədə Yosip Stanişiçin qolu ilə hesaba tarazlıq gətirib - 2:2.
Qeyd edək ki, mayın 22-də İrlandiyada keçiriləcək final görüşündə “Bayer 04” - “Atalanta” ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru