Apellyasiya Məhkəməsi zalım hakimin qərarını ləğv etdi - FAMİL XƏLİLOV AZADLIQDA

10-05-2024, 09:56           
Apellyasiya Məhkəməsi zalım hakimin qərarını ləğv etdi - FAMİL XƏLİLOV AZADLIQDA
Bir neçə gün əvvəl polis tərəfindən narkotik ittihamı ilə həbs edilən fiziki məhdudiyyətli müxalif fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb.

Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov bildirib. Vəkil deyib ki, Bakı Appelyasiya Məhkəməsi Famil Xəlilov barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Qeyd edək ki, hər iki əlləri iflic olan Famil Xəlilov barəsində həbs qərarını Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev vermişdi.

Hakimin 1-ci qrup əlili həbsə yollaması sosial şəbəkələrdə onun haqqında ağır ittihamlara səbəb olmuşdu.

Qeyd edək ki, əlləri iflic olan Xəlilov Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru