Azərbaycan bu il Türkiyədən 695 milyon dollarlıq mal alıb

10-05-2024, 08:28           
Azərbaycan bu il Türkiyədən 695 milyon dollarlıq mal alıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3 % azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2 % artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya (5,930 milyard ABŞ dolları; 5,5 % az), ABŞ (4,166 milyard ABŞ dolları; 8,1 % çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5 % çox) və İngiltərə (3,828 milyard ABŞ dolları; 5,5 % çox) həyata keçirib.

Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1 %-i qədər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru