Ronaldu karyerasının 891-ci qolunu vurdu, komandası qalib gəldi - VİDEO

10-05-2024, 09:39           
Ronaldu karyerasının 891-ci qolunu vurdu, komandası qalib gəldi - VİDEO
Səudiyyə Ərəbistanı liqasında 31-ci turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, “Ən-Nəsr” “Əl-Akdod”la görüşdə azarkeşlərini sevindirib.

7-ci dəqiqədə Brozoviç hesabı açıb - 1:0. Ardınca portuqaliyalı ulduz Kriştianu Ronaldu 15-ci dəqiqədə fərqi artırıb - 2:0. Bununla da o, karyerasında 891-ci qoluna imza atıb.

Fasilədən sonra toparlanan meydan sahibləri hesaba tarazlıq gətiriblər. Əvvəlcə Hasan Al-Habibi 60-cı dəqiqədə fərqi 1-ə endirib - 1:2. 70-ci dəqiqədə Savior Qodvin bərabərlik qolunu vurub - 2:2. Son dəqiqələrdə üstünlüyü ələ alan qonaqlar nəhayət, istəklərinə çatıblar. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə dublunu rəsmiləşdirən Brozoviç görüşdə son nöqtəni qoyub.
Qeyd edək ki, “Ən-Nəsr” 77 xalla 2-ci pillədə qərarlaşıb. “Əl-Akdod” 28 xalla 15-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru