HƏMAS-ın 24 batalyonundan 20-si zərərsizləşdirilib - Netanyahu

10-05-2024, 10:02           
HƏMAS-ın 24 batalyonundan 20-si zərərsizləşdirilib - Netanyahu
İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-sini məhv edib.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində bildirib.

"Biz HƏMAS-ın 24 terror batalyonundan 20-yə yaxınını məhv edə bildik. Rəfahda daha 4-nü məhv etməliyik. Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik", - İsrail hökumətinin başçısı deyib.

Netanyahu həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru