Min dərdə dərman “ağ çiçəyim”- Ağacda bitən can dərmanı

10-05-2024, 00:16           
Min dərdə dərman “ağ çiçəyim”- Ağacda bitən can dərmanı
TEREF lent.az-a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir.

Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır.

Bu bitkinin çiçəklərindən hazırlanmış çaylar dünyanın bir çox ölkələrində fitoterapiya məqsədilə istifadə olunur.

Akasya çiçəyində uçucu yağlar, təbii turşular, qlükozitlər, petkin və müxtəlif vitaminlər var.

Akasya çiçəyinin dəmləməsi temperaturu salır, iltihabi prosesləri aradan qaldırır, bəlğəmgətirici təsir göstərir. Sidikqovucu, büzücü təsirə malikdir, qanaxmanı dayandırır.

Akasya bitkisindən hazırlanan dəmləmə mədə və bağırsağın funksiyasını normallaşdırır, gərginliyi götürür, öd kisəsi, mədəaltı vəz, boğaz ağrısı, faringit, rinit və tonzillitin müalicəsində faydalıdır.

Bundan başqa akasya çiçəyi çayı uşaqlıq miomasının sorulmasına, qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, eroziyalarda çox faydalı təsir göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru