Sertab Erener 21 ildən sonra “Avroviziya” səhnəsində - Video
10-05-2024, 10:20
Türkiyəli pop-ulduz Sertab Erener yenidən “Avroviziya” səhnəsində çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi Malmö şəhərində baş tutan ikinci yarımfinalda xüsusi qonaq qismində səhnə alıb.
Erener ona 2003-cü ildə “Avroviziya”da qalibiyyət gətirmiş “Everyway That I Can” mahnısını ifa edib.
Xatırladaq ki, 2012-ci il dekabrın 14-də TRT telekanalı Türkiyənin “Avroviziya” müsabiqəsindən çıxdığını rəsmi şəkildə bəyan edib. Əsas səbəb mövcud səsvermə sistemi və “Böyük beşlik” ölkələrinin statusundan narazılıq olub. 2013-cü ildən ölkə yarışmada iştirak etmir.