Planetimizin üzərindəki “saatlı bomba”…

9-05-2023, 12:25           
Planetimizin üzərindəki “saatlı bomba”…
Peyk və raket hissələri, hətta ötən əsrdən qalmış SSRİ-nin kosmik zondlarının parçalarını “saatlı bomba” adlandırıb.

Gununsesi.info xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “LeoLabs” texnologiya şirkəti kosmik tullantıların miqyasını ortaya çıxarıb.

Ekspertlər qeyd ediblər ki, artıq 75 ildir kosmosa göndərilən gəmi, peyk və aparatların qalıqları orbitin ətrafında tıxac yaradıb. Son illər amerikalı milyarderlər İlon Mask və Ceff Bezosun kosmik fəzaya göndərdikləri peyklər vəziyyəti daha da ağırlaşdırıb. Yerin aşağı orbitini izləmək üçün Alyaska, Texas, Yeni Zelandiya və Kosta-Rikada radarlar quraşdıran “LeoLabs”ın mütəxəssisləri müəyyən ediblər ki, kosmik tullantıların böyük bir hissəsi ABŞ-a məxsusdur. Belə ki, ABŞ-ın kosmosda 8 min 497 tullantısı var.

Sonrakı yerlərdə Rusiya və Çin gəlir. Bu ölkələrin hər birinin kosmik fəzada 4 mindən çox tullantısı mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru