Asiyada ilk dəfə: Yaponiyada NATO ofisi açılacaq

10-05-2023, 11:18           
Asiyada ilk dəfə:
Yaponiya Tokioda NATO ilə əlaqə ofisinin açılması üzərində işləyir. O, Şimali Atlantika Alyansının Asiyada ilk ofisi olacaq.

Bu barədə Yaponiyanın ABŞ-dəkı səfiri Koji Tomita məlumat verib.

O, bu barədə Vaşinqtonda Milli Mətbuat Klubunun ev sahibliyi etdiyi tədbirdə NATO-nun Asiyada ilk ofisini açmağı planlaşdırdığı xəbəri ilə bağlı jurnalistin sualını cavablandırarkən danışıb.

“Sizin qeyd etdiyiniz məsələ bizim tərəfdaşlığımızı gücləndirmək üçün üzərində işlədiyimiz işlərdən biridir”, - Yaponiya səfiri bildirib.

Əlaqə bürosunun gələn il açılması gözlənilir. Ofis Çin və Rusiyanın geosiyasi çağırışlarını nəzərə alaraq Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi NATO-nun təhlükəsizlik üzrə tərəfdaşları ilə koordinasiyaya imkan verəcək.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru