Parada kimlər çıxarılmışdı? - Britaniya kəşfiyyatı

10-05-2023, 13:24           
Parada kimlər çıxarılmışdı? -
Rusiya mayın 9-da Moskvada keçirilən paradda daha çox zirehli texnika nümayiş etdirə bilərdi, lakin Kreml ölkə daxilindən gələn tənqidlərdən qorxdu.

Axar.az xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı məlumat yayıb.

“2023-cü il mayın 9-da Rusiyada Qırmızı meydanda hər il keçirilən Qələbə Günü paradı üçün heyət Ukraynada müharibənin başlamasından 15 ay sonra hərbçilərin üzləşdiyi maddi-texniki və strateji kommunikasiya problemlərini yada saldı. Paradda 8000-dən çox hərbçinin iştirak etdiyi bildirilir, lakin onların əksəriyyəti yardımçı, yarımhərbi birləşmələr və hərbi məktəblərin kursantı idi. Daimi qoşun birləşmələrindən yeganə şəxsi heyət dəmir yolu qoşunlarının kontingenti və hərbi polis idi. Paraddakı yeganə tank isə cəbhədən gələn köhnə “T-34” oldu”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru