Sosial media tarixindəki ən böyük cinayət: Britaniyalı haker etiraf etdi
10-05-2023, 13:50

İspaniyadan ABŞ-a ekstradisiya edilən Britaniya vətəndaşı 2020-ci ildə Nyu-Yorkda təqsirini etiraf edib və bu, sosial media tarixində ən böyük haker hücumu olub.
Avropa.info bildirir ki, 2020-ci ilin iyulunda "Tvitter" sındırılması 130-dan çox hesaba, o cümlədən Barak Obama və Co Baydenə təsir edib.
"PlugwalkJoe" kimi tanınan 23 yaşlı Cozef Ceyms O'Konnor 70 ilə qədər həbs cəzası tələb edən hakerlik ittihamlarını boynuna alıb.
Bu hücum genişmiqyaslı Bitkoin fırıldaqlarının bir hissəsi olub.
İspaniyadan ekstradisiya edilən O'Konnor bir neçə "Tvitter" hesabını ələ keçirib və izləyicilərindən hesaba bitkoin göndərmələrini xahiş edən tvitlər göndərərək pullarını ikiqat artıracağını vəd edib.
O'Konnor digər üç kişi ilə birlikdə dələduzluqda ittiham olunub. ABŞ-lı yeniyetmə Qrem İvan Klark 2021-ci ildə təqsirini etiraf edib.
Florida ştatının Orlando sakini Nima Fazeli və İngiltərənin Boqnor Regis şəhərindən olan Mason Şeppard federal cinayətlərdə ittiham olunublar.
ABŞ Baş Prokurorunun müavini Kenneth Polite açıqlamasında O'Konnorun hərəkətlərini "açıq-aşkar və pis niyyətli" adlandırıb. O, "qurbanlarını təqib edib, hədələyib və şantaj edərək, ciddi mənəvi zərər vurduğunu" deyib.
2020-ci ildə təxminən 350 milyon "Tvitter" istifadəçisi platformanın ən böyük istifadəçilərinin rəsmi hesablarından şübhəli tvitlər görüb.
Kriptovalyuta kampaniyasının real olduğuna inanan minlərlə insan fırıldaqçıya çevrilib.
Kibermütəxəssislər izah ediblər ki, O'Connor və digər hakerlərin tez varlanmaq sxemindən daha mürəkkəb planları olsaydı, "Tvitter" hücumunun nəticələri daha pis ola bilərdi.