Aprel ayında dünyada ən çox yüklənən mobil tətbiqlər və oyunlar məlum olub. Bakupost.az xəbər verir ki, bu barədə “Appfigures” hesabat yayımlayıb. Ötən ay ən çox endirilən mobil tətbiqlərin zirvəsində 44 milyon yüklənmə sayı ilə “İnstagram” yer alıb. Həmçinin, App Store-da “CapCut” 12 milyon endirmə ilə zirvədə qərarlaşıb. Apreldə ən çox endirilən oyunlar arasında isə App Store-da “Monopoly GO” 4 milyonluq endirmə ilə zirvədədir. Play Store-da isə 15 milyon endirmə ilə “Dream 11” yer alıb. Toplam hesabata baxdıqda isə uzun illər populyarlığını itirməyən “Subway Surfers”in 18 milyon endirmə ilə zirvədə olduğu görünür.