Ukrayna müdafiə nazirinin ölüm xəbəri yayıldı

11-05-2023, 10:24           
Ukrayna müdafiə nazirinin ölüm xəbəri yayıldı
Rusiyanın Teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının ölkənin şərqindəki döyüş bölgəsində həlak olması ilə bağlı yayılan xəbərlər yayılıb.

Editor.az bildirir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar xəbərin həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, “Rusiyanın informasiya sahəsində komandirlərimizin guya öldürülməsi ilə bağlı məlumatlar yayılır. Həftə ərzində üç mesaj gəlib.

Ancaq hamısı sağ-salamatdır “, – deyə Anna Malyar Telegram-da yazıb. Ukrayna müdafiə nazirinin müavininin sözlərinə görə, Valeri Zalujnının ölümü ilə bağlı xəbərlər “Rusiya ordusunun əhval-ruhiyyəsini yüksəltmək və Ukrayna qoşunlarını ruhdan salmaq üçün” yayılır. Eyni zamanda, o, Ukrayna silahlı qüvvələrinin baş komandanının harada olduğu barədə məlumat verməyib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının döyüş bölgəsində həlak olması ehtimalı ilə bağlı məlumat Valeri Zalujnının NATO Hərbi Komitəsinin iclasında iştirakdan imtina etməsi ilə bağlı xəbərlər fonunda ortaya çıxıb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı da görüş iştirakçıları ilə videobağlantı vasitəsilə əlaqə saxlamamaq qərarına gəlib. Rəsmi versiyaya görə, o, bu qərarı Ukraynadakı “gərgin əməliyyat şəraiti”nə görə verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.