Məktəbdə 19 uşağın diri-diri yanmasının baiskarı tapıldı: Telefonu əlindən alınan şagird... - FOTO/VİDEO

25-05-2023, 12:37           
Məktəbdə 19 uşağın diri-diri yanmasının baiskarı tapıldı:
Qayanada internat məktəbində 19 uşağın ölümü ilə nəticələnən yanğını şagirdlərdən biri törədib, səbəbi telefonunun əlindən alınması olub.

Bu barədə France Presse xəbər agentliyi Qayana hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, polisin rəsmi hesabatında qəsdən yandırılma qeyd olunub. Bildirilir ki, məktəb şagirdi mobil telefonu müsadirə edildiyi üçün bunu edib.

Adı açıqlanmayan məmurun sözlərinə görə, yeniyetmə qız artıq yanğın törətdiyini etiraf edib. O, hazırda xəstəxanada polisin mühafizəsi altındadır.

Bundan əvvəl bildirilib ki, Madiya şəhərində məktəbdə baş verən yanğını araşdıran yanğınsöndürənlər birmərtəbəli taxta binanın tamamilə yanması nəticəsində qəsdən yanğın törədildiyini elan ediblər.

Faciə ilə əlaqədar Qayana Prezidenti İrfaan Əli ölkədə üçgünlük milli matəm elan edib.

Ölənlərin şəxsiyyətini müəyyən etmək üçün DNT testinin aparıldığı bildirilir. Bununla əlaqədar olaraq, Qayana hökuməti artıq ölkənin beynəlxalq tərəfdaşlarından lazımi dəstək istəyib.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru