Tanış qadınla “PUB Time”da yedi-içdi, hesab ödəmədi, məhkəməlik oldu, ancaq…

1-06-2023, 00:06           
Tanış qadınla “PUB Time”da yedi-içdi, hesab ödəmədi, məhkəməlik oldu, ancaq…
Nərimanovda “PUB Time” restoranında hesab ödəyə bilməyən müştəri polis tərəfindən saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxs 1970-cı il tarixdə Ağsu rayonunda anadan olmuş Kənan (şərti) adlı şəxs olub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
O, sözügedən maddə ilə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, bir xanım tanışı onu həmin kafedə qonaq edib, ancaq sonradan hesabı ödəməkdən yayınıb.
Həmin vaxt sərxoş halda olsa da, hər hansı şəxsə qarşı qeyri-etik davranışları olmayıb, nalayiq iafdələr işlətməyib. Pulu olmadığından hesabı özü ödəyə bilməyib.
Restoranın adminstratoru izahatında bildirib ki, iki nəfər oturub yemək yeyib. Sonradan biri çıxıb gedib, Kamil isə içkili vəziyyətdə kafedə yatıb qalıb. Yaxınlaşıb ondan hesabı ödəməsini istədikdə pulunun olmadığını bildirib və səs-küy salıb.
Məhkəmə qərarı ilə, Kamil dərhal azad edilib və o, restoran hesabını da ödəməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.