Əlimizin içindəki xətlər nə vaxt öləcəyimizi göstərir? - Sizi şoka salacaq sirr

4-06-2023, 13:38           
Əlimizin içindəki xətlər nə vaxt öləcəyimizi göstərir? -
Xiromantiya. Bəlkə də bir çoxumuz bu ada nabələdik. Əl cizgilərini və bu vasitə ilə özümüz haqqında bir çox şeyləri öyrənən qədim bilgi sahəsi. O qədər qədim ki, tarixi antik Hindistana qədər gedib çıxır və qaraçılar vasitəsilə dünyaya yayıldığı bilinir.

Əlin içindəki xəttlər, çıxıntılar, qabarıqlıqlar, dərinlikləri və əlimizin, barmaqlarımızın forması bizim xəstəlikərimiz, vərdişlərimiz, xarakter və xüsusiyyətlərimiz, gələcəkdə yaşaya biləcəyimiz problemlərimiz barədə məlumat verir. Xalq dili ilə buna əl falı desək də, xiromantiya - yəni bu cizgilərin izinə düşmək bu qədər bəsit deyil. Belə ki, antik dövrdə filosoflar bunun haqqında geniş biliyə sahib olduğu kimi, hazırda da Kanadada, Hindistanda bəzi universitetlərdə bu sahə haqqında öyrənilir. Əldəki cizgilərin psixi və gizli anlamları olduğu barəsində elmi sübutlar olmasa da, insan əli onun sağlamlığı, şəxsi gigiyenası, peşəsi və vərdişləri haqqında ipucları verir. Buna boş şeydi deyənlər də var, maraqlanıb səbəbini öyrənənlər də, hətta bu sahənin dərinliklərini öyrənən xiromantlar da.

Vahid Məcidov deyir ki, biz xiromantiya vasitəsilə öz-özümüzü tanıyır, yaxınlarımız haqqında məlumat əldə edirik. Və xiromantiyadan bir çox sahələrdə də istifadə etmək olur.

Əlin içində ağıl, ürək, ömür deyə bilinən 3 ana xətt var ki, bu da bütün insanların əl içlərində müxtəlif formadadır. Xiromant bildirir ki, bəzi əl içlərində ömür xətti qısa olsa da, bu o demək deyil ki, həmin insanın ömrü də qısadır. Bunun üçün başqa xəttlərə də baxılmalıdı. Onun sözünə görə, sol əl 33 yaşa qədərki, sağ əl isə 33 yaşdan sonrakı həyatı göstərir.

Bəlkə də insan əlindəki cizgilər özünü və taleyini tanımaqda müəyyən istiqamət verə bilər, çünki əl cizgiləri barmaq cizgisi kimi özünəməxsus və təkdir. /Oxu24.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.