İcra başçısına kim hücum edib? - Neftçaladakı davanın detalları

24-06-2023, 09:24           
İcra başçısına kim hücum edib? -
Xəbər verdiyimiz kimi, bu gün Neftçala rayonu, Bankə qəsəbəsində İcra Hakimiyyəti rəsmilərinin əhali ilə səyyar görüşündə dava düşüb.
Bakupost.az hadisənin bəzi təfərrüatlarını dəqiqləşdirib.
Əldə etdiyimiz xəbərə görə, görüş zamanı Zaur adlı Neftçala rayon sakini və müharibə iştirakçısı olan bir nəfər səs-küy salıblar. Onları Neftçala Rayon İcra Hakimiyyəti başçısınin ikinci müavini Burcalı Ağayev və icra hakimiyyətinin işçisi Ataş Əsədov sakitləşdirməyə çalışıblar.
İcra başçısı Mirhəsən Seyidov isə həmin iki nəfərin içəri buraxılmasına göstəriş verib. Dava salan şəxslər başçının yanına keçdikdən sonra onu təhqir etməyə başlayıblar. Banka qəsəbəsi icra nümayəndəsi Taryel Nağıyev onları sakitləşdirmək istəyərkən, həmin şəxslərdən biri ona kəllə vurub və bir anda cibindən bıçaq çıxardaraq icra başçısına hücum etmək istəyib.
Görüşdə olan şəxslər hadisənin qarşısını almağa çalışıblar. Daha sonra polis hadisəyə müdaxilə edib və başçıya hücum edən şəxs oradan aparılıb.
Hücum edən şəxs rayon sakinlərinin sosial problemlərdən əziyyət çəkdiyini, iş tapa bilmədiklərini deyib,
İcra başçısı Mirhəsən Seyidovu isə vəzifəsinin öhdəsindən gələ bilməməkdə və rayondakı problemlərin həlli ilə məşğul olmamaqda ittiham edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.