Balığın qiyməti bahalaşdı VİDEO

Bu gün, 11:54           
Balığın qiyməti bahalaşdı VİDEO
Ötən illərlə müqayisədə balığın qiyməti xeyli artıb. Əvvəllər 1 kiloqram balıq orta hesabla 7-8 manat idi, hazırda isə 14-15 manata təklif olunur. Satıcılar bildirirlər ki, qiymət balığın növünə, çəkisinə, hansı bölgədən gəldiyinə və yetişdiyi mühitə - çay, dəniz və ya gölə görə dəyişir.

TEREF ATV-yə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi bazarlarda süni qiymət artımının qarşısını almaq üçün yarmarkalar təşkil edir. Alıcılar deyirlər ki, burada qiymətlər nisbətən ucuz olur.

Bazarlarda həm yerli, həm də xarici sort balıqlar satılır. Qiymət aralığı isə 4 manatdan başlayır və mövsümün ən bahalı balığı 15 manata qədər olur.

Satıcılar qeyd edirlər ki, balıq satışının yarmarkası artıq yekunlaşdığı üçün insanlar bazarlardakı məhsulları normal qiymətə almağa məcburdur, bu isə müştərilərin cibinə uyğun olmur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru