ABŞ-də klinik ölüm keçirən kişi "axirət həyatı"ndan DANIŞDI

Bu gün, 11:48           
ABŞ-də klinik ölüm keçirən kişi "axirət həyatı"ndan DANIŞDI
ABŞ-də bir neçə kliniki ölüm keçirən Rey Kataniya adlı kişi ruhun bədəndən çıxması təcrübəsini və "axirət həyatı" qavrayışını ətraflı təsvir edib.

Bu barədə "Metro" nəşri yazıb.

Hadisə on il əvvəl, indi 57 yaşında olan kişinin dəm qazından zəhərləndiyi və yıxılaraq kəllə-beyin travması aldığı zaman baş verib.

"Mən heç nə hiss etmədim, çünki artıq o bədəndə deyildim. Mən bədənimin üstündə, öz otağımın küncündə uçurdum və aşağı baxırdım. Mən cansız bədənimi görürdüm", - deyə Kataniya bildirib.

Onun sözlərinə görə, bədəndən kənar halda qavrayış hissi güclənib: otaq mükəmməl şəkildə kvadrat kimi görünüb və rənglər daha da canlı olub. Rey Kataniya otağın küncündə parıldayan və "sevgi, ağrısızlıq, dinclik, sevinc, maariflənmə" saçan konusa doğru cəlb olunduğunu hiss edib.

Ətrafındakıların skeptizminə (şübhə) baxmayaraq, Kataniya yaşadığı təcrübənin reallığına əmindir, hətta keçirdiyi hisslər haqqında kitab da yazıb və "axirət həyatının mütləq şəkildə var olduğunu" iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru