Qurbanlıq qoyun seçərkən nələrə diqqət etməliyik?

24-06-2023, 09:40           
Qurbanlıq qoyun seçərkən nələrə diqqət etməliyik?
Qurban bayramına sayılı günlər qaldığı üçün əhali bazarlara üz tutur. Bəs qurbanlıq qoyunu necə seçməliyik?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən satıcı Atakişi Hüseynov bildirib ki, qurbanlıq seçərkən qoyunun qulaqlarına diqqət etmək lazımdır:

“Əgər qoyunun qulağı aşağı doğru sallanırsa, deməli, qoyunda xəstəlik var. Məsləhət görərdim bazarlarda qoyun seçərkən onun yeriməsinə də diqqət etsinlər. Çünki heyvan yavaş hərəkət edirsə, bu onun xəstə, ya da qoca olmasının göstəricisidir”.

Satıcı qeyd edib ki, hazırda bazarda qiymət artımı yoxdur:

“Hələlik qiymətlər eynidir. Quzunun diri çəkisinin 1 kiloqramı 7,50-8 manat arası dəyişir. Bayrama yaxın isə qiymət artımı gözləniləndir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru