Vaqnerçilər Rostovda kafedə - VİDEO

24-06-2023, 12:28           
Vaqnerçilər Rostovda kafedə - VİDEO
Rostov vilayətində nəzarəti ələ keçirən “Vaqner” döyüşçüləri əhali tərəfindən sakit şəkildə qarşılanıb, onlara heç bir müqavimət göstərilməyib. Onlar normal şəkildə vilayətin mərkəzindəki kafe və marketlərdən istifadə edirlər.

Axar.az xəbər verir ki, “Baza” Teleqram kanalı “Vaqner” döyüşçülərinin məşhur kafelərdən birində olan görüntüsünü paylaşıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in Rostov və Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.