“Vaqner” muzdluları nə qədər maaş alır? - Və... “Cəsarət Bonusu”...

24-06-2023, 21:46           
“Vaqner” muzdluları nə qədər maaş alır? - Və... “Cəsarət Bonusu”...
Rusiyada üsyandan sonra əksəriyyəti “Vaqner” muzdluların nə qədər maaş aldıqları ilə maraqlanmağa başlayıb.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, açıqlanan rəqəmlər Rusiyada orta aylıq qazancın demək olar ki, iki qatına uyğundur.

Məlumata görə, xüsusilə Liviya və Ukraynada ciddi əməliyyatlarda iştirak edən bu muzdlular ayda 100 min rubl (1200 dollar) maaş alırlar. Bundan əlavə, bu ölüm muzdluları döyüşdə üstün olduqları təqdirdə “Cəsarət Bonusu” almaq hüququna malikdirlər.

“Vaqner” əsgəri ölərsə, onların ailələrinə 80 min dollar təzminat ödənilir. Bundan əlavə, həbsdən azad edilərək muzdluya çevrilən məhkumlar 6 aylıq müqavilədən sağ çıxsalar, qalan həbs müddətləri də əfv olunur.

Qeyd edək ki, “Vaqner” qrupu 2014-cü ildə Vaqner Priqojin tərəfindən yaradılıb. Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən qrupun ilk vaxtlar 5000-ə yaxın döyüşçüsü olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.