Rusiyadan qalxan təyyarələrdə kimlər olub? – Bakı və Türkiyəyə eniş

25-06-2023, 09:14           
Rusiyadan qalxan təyyarələrdə kimlər olub? –
Rusiyalı oliqarxlar Potanin, Manturov, Rotenberq muzdluların üsyanı fonunda hava nəqliyyatı ilə səfərə çıxa bilər.

Bu barədə Rusiyanın teleqram kanalları yazır. Mənbəyə görə, indiki vaxta qədər məlum olanlar var.

Bildirilir ki, təxminən saat 14:16-da (bundan sonra Moskva vaxtı ilə) Vladimir Putinin "İl96-300PU" təyyarəsi Moskvadan Sankt-Peterburqa doğru havaya qalxıb. O, Tver yaxınlığında radardan itib. Təyyarədə ordunun idarə edilməsi üçün avadanlıq var.

İkinci Prezident təyyarəsi Tu-214PU Moskvadan Sankt-Peterburqa saat 14:44-də havaya qalxıb. Müharibə üçün nəzərdə tutulmuş avadanlıqla təchiz olunub. O, Qatçina üzərində radardan itib.

Oliqarx və Putinin dostu Arkadi Rotenberqin biznes-jeti “Bombardier BD-700” bu gün səhər saat 11:30-da Moskvadan havaya qalxıb və saat 15:04-də Bakıya enib. Bu uçuş dünən gecə planlaşdırılıb.

Rusiya baş nazirinin müavini Denis Manturovun "Sukhoi Superjet" təyyarəsi səhər saat 7-də Moskvadan yola düşüb və gecə saat 12:06-da Türkiyənin Dalaman şəhərinə enib.

Oliqarx Vladimir Potaninin biznes-jeti “Gulfstream G650”nin bu saatlarda Moskvadan İstanbula uçduğu bildirilir.

“İnter RAO” dövlət şirkətinin “Bombardier Global Express XLS” (rəhbəri Putinin dostu Yuri Kovalçuk Borisin oğludur) Moskvadan havaya qalxaraq saat 15:00 radələrində Sankt-Peterburqa enib. \\Ölkə.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.