"Vaqner" üsyanı: Nə qədər hərbçi öldü?

25-06-2023, 11:48           
"Vaqner" üsyanı: Nə qədər hərbçi öldü?
“Vaqner” rəhbəri Yevgeni Priqojin və muzdlularının üsyanı nəticəsində Rusiyada 13-dən 20-dək əsgər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın müxtəlif KİV və Teleqram kanalları məlumat yayıb.

Rusiyanın “Meduza” nəşri çevriliş cəhdi nəticəsində Rusiya Müdafiə Nazirliyinin 15 nəfər itki verdiyini bildirib. Söhbət vaqnerçilər tərəfindən vurulan təyyarə və helikopterlərin göyərtəsində olan Rusiya hərbçilərindən gedir.

Eyni zamanda, onlardan 8-i İl-18 təyyarəsinin göyərtəsində olub.

Bundan əlavə, “Rıbar” kanalı faktiki olaraq 20-dən çox rus pilotun öldüyünü bildirir.

Bu arada 3 təyyarənin vurulması ilə bağlı məlumat verən “Fighterbomber” resursu 13 hərbçinin öldüyünü iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru