Qarabağda 675 cütlüyü evləndirən milyoner: Adı İrəvanda küçəyə verilir

27-06-2023, 08:09           
Qarabağda 675 cütlüyü evləndirən milyoner: Adı İrəvanda küçəyə verilir
İrəvan şəhərində küçələrdən biri erməni xeyriyyəçisi Levon Ayrapetyanın adına “Levon Ayrapetyan küçəsi” adlandırılacaq.

Adalet.az xəbər verir ki, erməni separatçıların baş sponsoru, “pul kisəsi”, “qara kassası” Levon Ayrapetyan 1988-ci ildə “öz müstəqilliyini” elan etmiş separatçılara dəstəyi ilə seçilən bir şovinist ermənidir. Bu mürtət erməni öz genetikasına uyğun şəkildə öz başından hekayələr uydurur və buna həm özü inanırdı, həm də ətrafındakıları inandırırdı. Beləki, 12 mart 1949-cu ildə Qarabağın əfsanəvi Vəng kəndində anadan olan bu qarabağlı nankor özünü 13-cü əsr Alban hökmdarı Həsən Cəlalın varisi sanırdı. Kənddəki orta məktəbi bitirdikdən sonra o, sənədlərini Moskva Dövlət Universitetinə verir və fəlsəfə fakültəsində təhsil alır. Universitet illərindən başlayaraq, sovet mətbuatında yazılarla çıxış edir. Uzun illər “Komsomolskaya Pravda”, “Sobesednik” qəzetlərində, “Oqonyok” jurnalında jurnalist kimi çalışır.

Tanınmış yazar Həmid Herisçi yazır: "Özünün dediyi kimi, məhz Dağlıq Qarabağda baş verən hadisələr bizneslə məşğul olmasına və separatçılara maliyyə yardımları etməyə təkan verir. Erməni mediası yazırdı:”2016-cı ilin aprel döyüşləri zamanı Ayrapetyan Qarabağdakı bütün hotel-motellərini döndərir qaçqın düşərgələrinə. Vəng kəndindəki “Eklektika”, “Sovin kar” hotellərində yüzlərlə qaçqını müvəqqəti sığınacaqla təmin edir. “Prezident hotel”in 13-cü mərtəbəsindəki iqamətgahından elan edir: “Artsax məğlubedilməzdir. Ermənistan, Qarabağın müstəqilliyini tanımalıdır hökmən. İndi məqamdır. Sabah gec olacaq artıq”.

2000-2002-ci illərdə doğulduğu Vəng kəndi yaxınlığında yerləşən və XIII-cü əsrin ortalarında alban hökmdarı Həsən Cəlal tərəfindən inşa edilən Qandzasar monastırını təmir etdirdi. Bu dini məbəd Qarabağ ermənilərinin memarlıq incisi elan edildi.

Doğulduğu Vəng kəndində atası Qurgen Ayrapetyanın adını daşıyan orta məktəb, uşaq bağçası, inzibati binalar, “Yuniastrum bank”ın filialını, mehmanxana, “Titanik” adlı istirahət mərkəzi, ağac emalı zavodunu inşa etdirdi, müasir yol infrastrukturu qurdu. Bundan başqa, 2007-ci ildə Xaçın çayı üzərində 7 milyon dollar dəyərində su elektrik stansiyasının qurulmasını təmin etdi.

2008-ci il oktyabrın 16-da “Böyük Qarabağ Toyu” adlı mərasim keçirilib. 675 cütlüyün eyni vaxtda toyu təşkil olunub. İdeyanın əsas müəllifi olan Ayrapetyan bununla əhalisinin artımına malik olmaq istəyirdi. O, niyyətini belə ifadə edir:

“Bu 675 cütlük doğulan hər birinci uşaq üçün 2 min dollar, 2-ci uşaq üçün 3 min, 3-cü uşaq üçün 5 min, 4-cü uşaq üçün 10 min, 6-cı uşaq üçün 50 min və 7-ci uşaq üçün isə 100 min dollar mükafat alacaq”.

Biznes sahəsində etdiyi saxtakarlıqlara görə 2014-cü ildə Rusiyada saxlanılan milyarder , 2016-cı ildə 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edildi.

Dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab edilən Levon Ayrapetyan 2017-ci ildə oktyabrın 18-də cəza çəkdiyi Mordoviyadakı xüsusi rejimli 12 saylı əmək-islah düşərgəsində ölüb.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.