Avropada rus casuslarının ən çox cəmləşdiyi ölkə açıqlandı

27-06-2023, 18:11           
Avropada rus casuslarının ən çox cəmləşdiyi ölkə açıqlandı
İsveçrə ölkədəki rus casuslarının sayına görə Avropanın "liderlərindən” biri olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrə Federal Kəşfiyyat Xidmətinin açıqladığı hesabatda deyilir.

İsveçrə kəşfiyyatının məlumatına görə, xarici (əsasən Rusiya və Çin) casusluq təhlükəsi kifayət qədər yüksəkdir. Rus casusları əsasən diplomatik pərdə altında fəaliyyət göstərirlər.

Rusiya kəşfiyyatının kiçik, neytral İsveçrəyə bu qədər ciddi diqqət yetirməsinin səbəbi bir çox beynəlxalq təşkilatların qərargahlarının ölkə ərazisində yerləşməsi ilə izah olunur. Xüsusilə də İsveçrə kəşfiyyatı rusların BMT Təhlükəsizlik Şurası ilə işləməyə məsul olan İsveçrə rəsmilərindən öz məqsədləri üçün istifadə etməyə çalışacağından ehtiyat edir.

İsveçrə kəşfiyyatının daha bir başağrısı Moskvanın Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yan keçmə cəhdlərinə qarşı mübarizədir.

"Rusiya satınalma üçün Avrasiya İqtisadi İttifaqı, Türkiyə və Hindistan şirkətlərindən istifadə etdiyinə görə, monitorinq fəaliyyətləri keçmişdə az diqqət çəkən regionlara da şamil edilməlidir”, deyə hesabatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru