Azərbaycan Ordusu hərəkətə keçdi: Legitim hərbi obyektlər vurulacaq - Polkovnik açıqladı

29-06-2023, 17:08           
Azərbaycan Ordusu hərəkətə keçdi: Legitim hərbi obyektlər vurulacaq -
Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni silahlılarının son təxribatı göstərdi ki, proses yekunlaşmalıdır. Azərbaycan Ordusu bu terrorçulara qarşı adekvat cavab verib. Amma məsələnin birdəfəlik həlli üçün daha geniş antiterror əməliyyatları planının icrası qaçılmazdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri dədiq atışlarla terrorçuları məhv edə bilər:

“Bunu son olaraq Kəlbəcər istiqamətində gedən əməliyyatlarda açıq şəkildə görmüş olduq. Qisas əməliyyatında da bu cür tapşırıqları Azərbaycan Ordusu dəqiqliklə yerinə yetirib”.

Polkovnik hesab edir ki, Ordumuzun peşəkarlığı və Silahlı Qüvvələrimizdə olan silahlar Qarabağdakı terror yuvalarını məhv etməyə imkan verir:

“Burada heç də rus sülhməramlılarının müvvəqqəti dislokasiya yeri və dinc ermənilərin yaşadığı ərazilər zərər görməyəcək. Sadəcə olaraq legitim hərbi obyektlər vurulacaq”.

Şair Ramaldanov separatçıların və terorrçuların bütün hərbi mövqelərini məhv etməklə konkret nəticələr əldə etmək mümkündür:

“Bu əməliyyatla terrorçular ya tərksilah edilməli ya da məhv olunmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.