AQİL BABAYEVİN İŞİNDƏ NÖVBƏTİ ŞOK! - Şahidin çıxışından sonra “zərərçəkmiş” kimi tanınan Rövşən Kave zəkat yığıb, paylamasını etiraf etdi…

6-07-2023, 00:08           
AQİL BABAYEVİN İŞİNDƏ NÖVBƏTİ ŞOK! -
"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində müdafiə tərəfi 4 şahidin dindirilməsi ilə bağlı vəsatət verməsinə baxmayaraq, hakim ancaq 1 şahidin dindirilməsi vəsatətini qəbul edib.

Şahid qismində çıxış edən T.Dadaşova vəkilin “Aqil Babayevi necə tanıyırdız?” sualına cavab olaraq bildirib ki, “Aqil Babayev savadlı, alicənab insandır. “Şaurma N1” restoranlarının şəriki kimi, 2013-cü ildə “Şaurma N1” Elmlər filialında mühasibatlıq şöbəsində işləyəndən sonra tanıdım”.

Vəkilin zəkatın paylanılması ilə sualına isə T.Dadaşova belə cavab verdi: “Hər ayın 15-i zəkatları xanımlara mən paylayırdım. Zəkat paylamaq təşəbbüsünü işsiz olduğum vaxt və maliyyə işlərində təcrübəm olduğuna görə, mənə Rövşən Kave tapşırmışdı. Hər ay ən azı 15, maksimum isə 22-23 nəfər qadına paket şəklində 200 manat məbləğində zəkat paylayırdım. Bunu təsdiq edən qadınların isimləri və Rövşən Kavenin xətti ilə zərfləri dəlil kimi məhkəməyə təqdim edə bilərəm.

Mən zəkatı 2011-ci ildən 2021-ci ilin may ayına kimi Rövşənin verdyi siyahı üzrə paylamışam. Hər ay ən azı 4000-5000 manat civarında pul paylayırdım”.

Rövşən Kave üzləşmədə bildirib ki, zərflərin üzərini özü yazmayıb, lakin şahid T.Dadaşovanın “Ekspertiza təyin edilsə, bu xəttin kimə aid olduğu dəqiq bilinəcəkdi”, - deyə cavab verdikdən sonra, Rövşən Kave 4-5 nəfərə payladığını etiraf edib.

Hakim müdafiə tərəfin digər şahidlərinin çağrılması və vəsatətlərin verilməsi ilə bağlı növbəti məhkəmə prosesini avqustun 2-nə təyin edib.

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.