Amazonun qədim sirləri: 2000 ildən çox yaşı olan oymalar aşkar olundu - FOTO

23-10-2023, 12:14           
Amazonun qədim sirləri: 2000 ildən çox yaşı olan oymalar aşkar olundu - FOTO
Bir çox tarixçi və elm adamı kəşfdən məmnun olsa da, bu, on minlərlə insanın həyatına mənfi təsir göstərən bir əsrin ən dəhşətli quraqlığının nəticəsidir.

Bu yaxınlarda Amazoniyanın bəzi ərazilərində şiddətli quraqlıq yaşanıb ki, bu da çayların səviyyəsinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində çayların sahillərində əvvəllər su altında gizlənmiş qaya təsvirləri aşkar edilib. Bu qayalar təxminən 2000 il yaşı ola biləcək insan fiqurlarını əks etdirən oymalarla bəzədilib.

27 ildir ki, Amazoniyanın əsas şəhəri Manausda yaşayan Livia Ribeyro bu kəşfə heyran qalıb.

“Onları görəndə şoka düşdüm. Bu illər ərzində burada yaşasam da, heç vaxt belə bir təsvirləri görməmişəm”, - o deyib.
Kəşf olunan təsvirlər bu yaxınlarda ən aşağı su səviyyəsinə çatan Neqro çayının suları altında gizlədilib.

Mənbə: focus.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru